"Liverpul"da yeni transfer

20 Sentyabr 2020 12:54

"Liverpul" heyətinə yeni futbolçu cəlb edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Wolverhampton"un yarımmüdafiəçisi Dioqo Jota ilə 5 illik müqavilə imzalanıb.

Portuqaliya yığmasının üzvü üçün 43 milyon avro ödənilib. 23 yaşlı hücumçu yeni komandasında "20" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Jota geridə qalan mövsümdə "Wollverhampton"da 48 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib.

Milli.Az