Avtobus çaya düşdü, 8 futbolçu öldü

20 Sentyabr 2020 09:32

Qanada baş verən yol qəzasında səkkiz futbolçu həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Aşantı bölgəsində baş verib.

İdmançılar olan avtobus çaya düşüb. Altı nəfər yerindəcə, daha iki nəfər xəstəxanada ölüb. Dörd futbolçunun vəziyyəti ağırdır.

Komanda gənclər futbol liqasında iştirak etmək üçün qeydiyyatdan keçməyə gedirdi.

Milli.Az