Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub

19 Sentyabr 2020 22:37

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 422 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 390 358 nəfərə çatıb.

Məlumata əsasən, son sutka ərzindı 27 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 41 759 nəfər təşkil edir.

Milli.Az