Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb

19 Sentyabr 2020 22:18

"Çernomortransneft" şirkəti magistral neft kəmərləri sisteminin rekonstruksiyası üzrə işlər çərçivəsində Qroznı-Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki sahəsinin tikintisini başa çatdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1,8 kilometr uzunluğunda sahə Dağıstanın Kizilyurt rayonunun ərazisindən keçir. Sahənin tikintisi altı ay ərzində davam edib.

Bununla belə, Qroznı-Bak magistral neft kəmərinin işi dayandırılmayıb. Neft nəqli planlaşdırılmış cədvələ uyğu həyata keçirilib.

Milli.Az