Nazarovun komandasından qələbə

19 Sentyabr 2020 19:18

Almaniyanın ikinci Bundesliqasında yeni mövsümə start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, milli komandamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" ilk turda  "Vürtsburger Kikers" ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Nazarov bu matça start heyətdə çıxıb. 30 yaşlı yarımmüdafiəçi 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, D.Nazarov koronavirus pandemiyasnın yaratdığı problemləri əsas gətirərək, yığmamızın Millətlər Liqasında Lüksemburq və Kiprlə keçirdiyi matçlar üçün toplanışına qatılmaqdan imtina etmişdi.

Milli.Az