"Ayaks"ın futbolçusu "Bavariya"ya keçir

19 Sentyabr 2020 19:17

"Bavariya" "Ayaks"ın futbolçusu Sercino Desti transfer etməyə yaxındır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi Münhen təmsilçisi ilə 4+1 illik müqavilə imzalayacaq. Amerikalı oyunçunun yaxın günlərdə "Bavariya"ya keçidinin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Destlə "Barselona" da maraqlanırdı.

Milli.Az