"Genoa"da iki yeni transfer

19 Sentyabr 2020 18:24

"Genoa" "Çelsi"dən müdafiəçi Davide Zappakosta və "Yuventus"dan yarımmüdafiəçi Marko Pyaçanı icarəyə götürüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. Onların 2020/2021 mövsümünün sonuna kimi icarə əsasında komandada çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, Zappakosta ötən mövsümü icarə əsasında "Roma"da, Pyaça isə Anderlecht-də keçirib.

Milli.Az