Mbappe məşqləri bərpa etdi

19 Sentyabr 2020 18:04

PSJ-nin futbolçusu Kilian Mbappe məşqləri bərpa edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, koronavirusdan sağalan fransalı hücumçu dünənki məşqdə iştirak edib. Onun Fransa çempionatının 4-cü turunda sabah keçiriləcək "Nice" ilə oyunda meydan olub-olmayacağı məlum deyil.

Qeyd edək ki, Mbappe koronavirusa yoluxduğu üçün iki həftə karantinə alınmışdı.

Milli.Az