"Aşk 102"nin çəkilişləri yenidən başladı - FOTO

19 Sentyabr 2020 17:45

"Aşk 102"nin çəkilişləri yenidən başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aktrisa Pınar Deniz məlumat verib. O bildirib ki, "Aşk 102" çəkilişində olub.

"Koronavirus infeksiyasına yoluxan dostlar sağaldı. Test də neqativ oldu. Tədbirlər görülür, hər kəs yaxşıdır. Artıq beynimizdə heç bir sual qalmayıb" deyə, Pınar bildirib.

Qeyd edək ki, ekran işinin çəkilişləri aktyorlar İpek Filiz Yazıcı, Kubilay Aka və Alina Boz koronavirusa yoluxduğu üçün dayandırılmışdı.

Milli.Az