ABŞ-da silahlı insident: 2 nəfər ölüb, 14 nəfər yaralanıb

19 Sentyabr 2020 15:23

ABŞ-ın Nyu York şəhərinin Roçester bölgəsində həyətyanı sahədə keçirilən şənlik zamanı silahlı insident olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla 12:30-da baş verən insident nəticəsində 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Polisin məlumatına görə, ölənlər 18-22 yaşlı bir kişi və bir qadındır.

İnsidentlə əlaqədar hələlik saxlanılan yoxdur.

Şahidlər insident baş verən zaman tədbirdə 100-dən çox iştirakçının olduğunu bildiriblər.

Milli.Az