"Liverpul" Dembeleni icarəyə götürmək istəyir

19 Sentyabr 2020 14:51

"Barselona"nın futbolçusu Usman Dembele karyerasını "Liverpulda davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Yurgen Klopp fransalı hücumçunu icarəyə götürməyi planlaşdırır. Alman mütəxəssisin Dembelenin hücum xəttini gücləndirə biləcəyini düşündüyü vurğulanıb.

Qeyd edək ki, Dembele ötən mövsüm İspaniya çempionatında 5 matçda 1 qol vurub.

Milli.Az