Sabahdan ABŞ-da TikTok bağlanacaq

19 Sentyabr 2020 13:39

Çinlilərin iki proqramı - TikTok və WeChat ABŞ prezidenti Donald Trampın qara siyahısına düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, uzun müddətdir hər iki proqramın ABŞ-da qadağan edilməsi ilə bağlı məlumatlar gündəmdən düşmür.

Əvvəl Tramp proqramları birdəfəlik qadağan edəcəyini demişdi. O hesab edir ki, bu iki sosial şəbəkə vasitəsilə insanların şəxsi məlumatları oğurlanır.

Əgər bu bazar günü məsələ öz həllini tapmasa, TikTok və WeChat-ın yüklənməsi bloklanacaq.  Yalnız "Starbucks" və "Walmart" "WeChat"dan bəzi işlər üçün istifadə edə biləcəklər.

"TikTok" rəhbərliyi isə ABŞ-la münasibətlərini düzəldib, orada aktiv olmağa çalışır. Tramp isə hələ razılaşmaya getməyi düşünmür.

Milli.Az