Bakıda güclü yanğın - YENİLƏNİB - VİDEO - FOTO

19 Sentyabr 2020 12:36

12:36

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi yaxınlığındakı boş ərazidə 150 m² sahədə məişət və təkər tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------
12:02

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda güclü yanğın başlayıb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, oxucunun göndərdiyi fotolara əsasən, yanğın  "Dərnəgül" 7-ci mikrorayon yaşayış massivi ərazisində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürənləri cəlb edilib.

Milli.Az