"Fənərbağça"dan ayrılan futbolçu A seriyası klubunda

19 Sentyabr 2020 10:48

"Fənərbağça"dan ayrılan Tolgay Arslan "Udineze"yə transfer olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, T.Arslan ötən ilin yanvarında "Fənərbağça" ilə 3,5+1 illik müqavilə imzalamış və bu ay İstanbul klubundan ayrılmışdı. O, bu komandada 33 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.

Milli.Az