Dünyaya uşaq gətirmək istəyən Dilarə: “Axtarışdayam” - VİDEO - FOTO

19 Sentyabr 2020 10:46

Milli.Az bildirir ki, ARB TV-nin "Ayaqüstü" rubrikasının qonağı olan ifaçı Dilarə Kazımova aparıcının suallarına maraqlı cavablar verib.

Hansı hədəfləriniz tənbəllik ucbatından yarımçıq qalıb?

"Çox tənbəl deyiləm, üzərimdə çalışıram. Düşünürəm ki, daha çox işləsəm böyük səhnələrə məni gözləyir".

İlk görüşdə sevgiyə inanırsız?

"İnsanlar arasında kimyaya inanıram".

İnstaqram yoxsa, Feysbuk?

"İnstaqram".

İstirahətə gedərkən qaldığınız oteldən ayrılarkən oradan nəsə götürürsüz?

"Hərdən xatirə kimi götürmüşəm. Otellərin spesifik qoxusu olur. Dünən fikirləşirdim ki, o qoxu üçün darıxmışam".

Dəfələrlə izlədiyiniz film var?

"Komediya filmlərinə".

Hansı cəhətiniz sizi əsəbiləşdirir?

"Emossionalam. Bomba kimi partlaya bilərəm".

Uşaqları sevirsiz?

"Bəli".

Dünyaya uşaq gətirməyi düşünürsüz?

"Qismət olsa, istəyərəm. Belə insan rastıma çıxsa niyə də yox?!"

İndiyədək aldığınız və unutmadığınız məsləhət?

"Çox savadlı biri mənə demişdi ki, bir kimsəyə maksimum iki dəfə məsləhət ver, üçüncü dəfə yox".

Geyiminizdə ən olmazsa olmazınız nədir?

"Fərqli, rəngli "topik"lər və idman ayaqqabıları".

Payız mövsümüdür. Özünüzə nə almağı düşünürsüz?

"Qışa özümə uzun, böyük palto almağı düşünürəm, axtarışdayam".

Geyimlənizlə gündəm olursunuz. Buna nə deyərdiniz?

"Fərqli və rəngli geyimləri sevirəm".

Günün hansı hissəsi sizin üçün daha əhəmiyyətlidir?

"Axşamlar. Səhərləri də sevirəm, çünki səhər yatmağı çox sevirəm. Çalışıram ki, tez oyanım. Pandemiyadan sonra həyatı daha çox sevməyə başladım. İndi hər dəqiqə çox vacibdir".

Milli.Az