Biləcəridə özünü asan şəxsi xilas etdilər

19 Sentyabr 2020 08:18

Bakıda intihara cəhd olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 33 yaşlı Sahil Məmmədov yaşadığı evin həyətindəki köşkdə özünü asıb.

Lakin hadisə yerinə yetişən şəxslər onu xilas edib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Milli.Az