ABŞ TikTok-u noyabrın 12-dən etibarən qadağan edə bilər

19 Sentyabr 2020 08:43

ABŞ Ticarət Nazirliyi milli təhlükəsizlik təhdidini düzəltmədiyi təqdirdə TikTok tətbiqinin yüklənməsini sentyabrın 20-dən, istifadəsini isə noyabrın 12-dən qadağan edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın 6 Avqust 2020-ci ildə tarixdə imzaladığı sərəncamına əsasən Ticarət Nazirliyi ölənin milli təhlükəsizliyini qorumaq məqsədilə WeChat və TikTok mobil tətbiqlərinin qadağan olunduğunu elan edib.

Milli.Az