Samuxda qayınata kürəkənini bıçaqlayıb

19 Sentyabr 2020 08:33

Samuxda bıçaqlanma hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kənində qeydə alınıb.

1992-ci il təvəllüdlü Həsənov Vüqar Bəhruz oğlu qarnın kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata  görə, 28 yaşlı kişi qayınatası tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az