"Beta" fırtınası Meksika körfəzinə yaxınlaşır

19 Sentyabr 2020 07:55

Ötən gün Atlantik okeanda tropik "Beta" fırtınası meydana gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Qasırğa Müşahidəsi Mərkəzi məlumat yayıb.

Bildirilib ki, tropik fırtınanın yaratdığı küləyin sürəti 18 m/s-ə çatır. Meksikanın liman şəhəri olan Tampikodan təqribən, 545 km şimal-şərqdə yaranan fırtına hazırda şimal-şərq istiqamətində təxminən, 15 km/saat sürətlə hərəkət edir.

Fırtınanın bazar günü axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

Milli.Az