Ağacla toqquşan turist avtobus aşdı; 11 nəfər xəsarət alıb - FOTO

18 Sentyabr 2020 20:09

Türkiyənin cənubunda rus turistlərin olduğu avtobus qəzaya uğrayıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də Alaniya vilayətində qeydə alınıb.

Məlumata görə, 14 rus tətilçini balıq ovuna aparan ekskursiya avtobusu, sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağacla toqquşub. Zərbənin təsirindən avtobus aşıb.

Qəza nəticəsində 11 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.

Milli.Az