Super Liqa klubunda 50-yə yaxın yoluxma faktı - İstanbula uçuş ləğv olundu

18 Sentyabr 2020 20:46

Türkiyənin "Antalyaspor" klubunda koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə Super Liqa təmsilçisi məlumat yayıb.

Konkret say və adlar açıqlanmasa da, əsas və əvəzedici komanda futbolçuları, eyni zamanda məşqçilər korpusu daxil olmaqla ümumilikdə 50-yə yaxın adamın koronavirus testinin pozitiv çıxdığı bildirilib. Bu səbəbdən Super Liqanın 2-ci turunda "Beşiktaş"la səfərdə üz-üzə gəlməli olan "Antalyaspor"un İstanbula uçuşu ləğv olunub.

Qeyd edək ki, "Beşiktaş" - "Antalyaspor" matçı sentyabrın 19-da keçirilməlidir.

Milli.Az