Hibrid avtomobillər deyiləndən 3 dəfə daha çox zərərli qaz buraxırmış

22 Sentyabr 2020 22:50

Nəqliyyat və Ətraf Mühit tədqiqatçıları Greenpeace UK-in dəstəyi ilə "tipik" plug-in hibrid elektrikli nəqliyyat vasitələrinin (PHEV) kilometrə təqribən 117 qram karbon qazı (CO2) buraxdığını aşkar etdilər.

Bu göstərici rəsmi test nəticələrindən xeyli yüksəkdir - 44 qram CO2. Tədqiqatçıların hesablamalarına görə, PHEV iş zamanı təxminən 28 ton CO2 yayır. Məsələn benzinli avtomobil 39 ton, dizel yanacaqlı isə 41 ton yayır.

Qeyd edək ki, Plug-in hibrid avtomobillər daxili yanma mühərriki ilə yanaşı akkumulyatorla işləyən elektrik mühərriki ilə təchiz edilir.

Milli.Az