Meşələrdə quraşdırılan kameraların sayı artırılacaq

18 Sentyabr 2020 16:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, əsasən, Oğuz-Şəki zonasındakı meşələrdə müşahidə kameraları quraşdırılıb. Belə kameraların sayının daha da artırılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, müşahidə kameraları meşələrin daha yaxşı mühafizə olunmasına yardım edir.

Milli.Az