"Çelsi" Zappakostanı icarəyə verdi

18 Sentyabr 2020 19:12

"Çelsi" müdafiəçisi Davide Zappakostanı İtaliyanın "Cenoa" klubuna icarəyə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, futbolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Çelsi" 28 yaşlı italiyalı futbolçunu 2017-ci ildə "Torino"dan transfer etmişdi. O, ötən mövsümü icarə əsasında "Roma"da keçirib.

Milli.Az