Qlobal istiləşmə ilə bağlı proqnozlar əvvəllər təsəvvür olunduğundan daha qorxuludur

18 Sentyabr 2020 23:25

Son onilliklərdə atmosferdəki metan və CO2-nin yüksək konsentrasiyası Arktika və şimal en dairəsindəki buz örtüklərinin qalınlığının sürətlə azalmasına gətirib çıxarıb. Bu isə yer kürəsində qlobal istiləşmənin sürətlənməsi ilə nəticələnə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya, Norveç və İsveç alimləri buzların sürətlə əriməsinə karbon qazı tullantılarının təsirini birlikdə öyrəndikdən sonra belə bir həyəcanlı nəticəyə gəliblər. Onların etdiyi xəbərdarlığa görə, yaxın 1-2 onillikdə bəşəriyyət özlərinin də miqyasını təyin edə bilmədiyi qarşısıalınmaz fəlakətlə üzləşə bilər. Bu isə son proqnozların əvvəlkilərdən daha qorxulu olduğunu göstərir.

Alimlər siyasətçiləri karbohidrogenlərin istifadəsini minimuma endirməyə və bərpaolunan enerji mənbələrinə keçməyə çağırırlar. Onlar, həmçinin meşələri qorumaq barədə çağırışlar səsləndirir və müntəzəm olaraq yeni tinglər əkirlər.

Milli.Az