Avropa Liqasında təxirə salınan oyun keçirildi

18 Sentyabr 2020 17:38

Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən gün yarımçıq dayandırılan "Riqa" (latviya) - "Tre Fiori" (San Marino) görüşü bu gün davam etdirilib.

Qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Bununla da Latviya təmsilçisi 3-cü təsnifat mərhələsində "Seltik"ə (Şotlandiya) rəqib olub.

Qeyd edək ki, "Riqa" - "Tre Fiori" matçı dünən hesab 0:0 olarkən güclü külək səbəbindən dayandırılmışdı.

Milli.Az