"Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq"

18 Sentyabr 2020 14:05

Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri prof. Məhəbbət Paşayeva "Qafqaz Albaniyası irsi" mövzusu ilə bağlı Baku Network ekspert platformasında keçirilən videokonfransda deyib.

M.Paşayeva bildirib ki, Qafqaz Albaniyasının bizə qoyduğu mirası tədqiq etmək üçün böyük işlər görülüb:

"Müstəqillik əldə etdikdən sonra Qafqaz Albaniyası məsələsinə də diqqət artdı. Bizim çox böyük alimlərimiz Ziya Bünyadov, Fəridə Məmmədova bu sahədə və dünyada Qafqaz Almasniyasının məz Azərbaycan dövləti olduğunu təsdiq edən bir sıra tədqiqatlar ortaya qoyaraq böyük işlərə imza atıblar. Onların davamçıları olaraq hər bir Azərbaycan tarixçisi bu işi davam etdirmək üçün əlindən gələni edir. Mən bir tədqiqatçı kimi söyləmək istəyirəm ki, Qafqaz Albaniyasında yaşayan və bu gün onların varisləri olan tayfaları tədqiq edirəm və bir etnoloq kimi bu işləri daha çox araşdırıram.

Qafqaz Albaniyasının istər dini baxımdan, istər siyasi baxımdan müxtəlif istiqamətlərdə tədqiqatçıları var və bu sahədə çox böyük işlərə imza atılıb və çox şadam ki, mən də bu sahədə müəyyən işlər görməyə çalışmışam. Qafqaz Albaniyasının tarixi həqiqətlərini dünyaya çatdırmaq üçün də böyük işlər görülür".

Milli.Az