ABŞ-da daha bir polis qəddarlığı: Təslim olan şübhəlini itə qapdırtdı - FOTO

18 Sentyabr 2020 16:40

Şübhəli yerə çökərək təslim olduğunu desə də, polis əməkdaşı xidməti itini onun üstünə qısqırdıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlar ABŞ-ın Utah ştatındandır.

Videoda afroamerikalı Cefri Rayansın polisin bütün tələblərinə riayət etməsinə rəğmən itin hücumuna məruz qaldığı və heyvanın da onu qapdığı aydın görünür. Hüquq mühafizəçi isə buna mane olmaq əvəzinə öz xidməti heyvanını tərifləyərək, onu təkrar qapmağa təşviq edir.

Baş verənlərlə əlaqədar cinayət işi açılıb, polis əməkdaşı Nikolas Piirs üçün 15 ilə qədər azadlıqdan məhrumetmə istənilir.

Milli.Az