"Qarabağ"ın pley-offdakı rəqibləri bilindi - YENİLƏNİB

18 Sentyabr 2020 16:18

16:18

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı.

Milli.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşdi.

"Qarabağ" "Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi ilə oynayacaq.

"Qarabağ"ın potensial rəqibləri sentyabrın 24-də qarşılaşacaq.

Pley-offun qarşılaşmaları oktyabrın 1-də keçiriləcək. "Qarabağ" bir oyundan ibarət mərhələnin oyununu səfərdə keçirəcək.

Xatırladaq ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasında "Sileks"i (Şimali Makedoniya) 4:0, "Şerif"i (Moldova) 2:1 hesabı ilə məğlub edib, "Molde"yə (Norveç) qolsuz bitən görüşün penaltilər seriyasında uduzub - 5:6.

----------

14:57

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Artıq Çempionlar Yolunda səpələnmişlər səbətində yer alan Ağdam klubunun rəqiblərinin sayı altıya enib. 

"Qarabağ" aşağıdakı 3 cütlükdən birinə rəqib olacaq:

"Şerif" (Moldova) - "Dandalk" (İrlandiya) cütünün qalibi

"Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi

"Klasksvik" (Farer adaları) - "Dinamo" (Tbilisi, Gürcüstan) cütünün qalibi

Qeyd edək ki, 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.

Milli.Az