Yeni doğulan körpə hamını şoka saldı - iki başı var

18 Sentyabr 2020 13:51

Myanmada ikibaşlı uşaq dünyaya gəlib. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, körpə Neypido şəhərində anadan olub. Ailənin ikinci övladı kimi doğulan körpənin iki başı var.

29 yaşlı Sanda Min hamiləliyinin 8-ci ayında xəstəxanaya müraciət edib. Qadın qeysəriyyə kəsiyi ilə ana olub. Doğulan körpənin çəkisi 2,5 kq-dır.

Onun bir bədəni və daxili orqanları var. "Artıq başının olduğunu nəzərə almasaq, uşaq tamamilə sağlamdır", - xəstəxanadan verilən açıqlamada bildirilir.

Uşaq hazırda reanimasiyadadır.  

Milli.Az