"Məktəb vaxtı o qədər də gözəl deyildim" - Məleykə Əsədovanın arxiv FOTOsu

18 Sentyabr 2020 12:45

Uşaqlıqdan arzum aktrisa olmaq olub. Məktəb illərimdən inşalarda belə aktrisa olacağımı bildirirdim.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu sözləri xalq artisti Məleykə Əsədova "Space" telekanalında yayımlanan "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Aktrisa həyatının maraqlı dönəmlərindən də söhbət açıb:

"Məktəb vaxtı o qədər də gözəl qız deyildim. Arıq, uzun qız idim. Atamın rəhmətə gedəcəyini yuxumda görmüşdüm. Elə ad günündə də rəhmətə getdi".

Aktrisa anasından danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Anam rəhmətə gedəndən sonra həyatın bütün çətinliklərini gördüm. Mən çatmadım, anamın ölməyini görmədim. Ailə həyatım da alınmadı. Doğrudan da, tək qaldım".

Milli.Az