Cim Kerri ABŞ-ın yeni Co Baydeni olacaq

18 Sentyabr 2020 14:52

Amerikalı aktyor Cim Kerri NBC telekanalında yayımlanan "Saturday Night Live" satirik gecə proqramının 46-cı mövsümündə siyasətçi və ABŞ prezidentliyinə namizəd Co Baydeni canlandıracaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.

Proqramın yeni mövsümü noyabrın 3-də başlayacaq.

"Cim Kerri - bizim yeni Co Baydenimizdir!", - deyə proqramın yeni mövsümü ilə bağlı açıqlamada bildirilib.

Milli.Az