“Qalatasaray” Azərbaycana təşəkkür etdi - FOTO

18 Sentyabr 2020 12:06

Türkiyənin "Qalatasaray" klubu "Neftçi" ilə matçdan sonra Azərbaycana təşəkkür edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin sosial şəbəkə hesabında paylaşım edilib.

"Hər şey üçün təşəkkürlər, yenidən görüşərik AzərbayCAN!", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Neftçi" - "Qalatasaray" matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az