Halil Sezai həbs edildi

18 Sentyabr 2020 10:00

Müğənni Halil Sezai Tuzlada 67 yaşındakı Hüseyin Meriçi döydüyü üçün polis nəzarətinə alınmış və ifadə verdikdən sonra sərbəst buraxılmışdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gün sənətçi yenidən məhkəməyə çağırılıb 2 saat orada qaldıqdan sonra "Qəsdən silahla yaralama", "Silahla hədələmə" ittihamları ilə həbs edilib.

Sezai Maltepe həbsxanasına göndərilib.

Milli.Az