Tüfənglə qayınatası və qayınanasını güllələdi - Xaçmazda qətl

18 Sentyabr 2020 09:54

Xaçmazın Ləcət kəndində dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kənd sakini Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qayınatası və qayınanasını güllələyib.

Aldığı xəsarətdən qayınanası Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, qayınatası Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Milli.Az