ABŞ səfiri: “Türkiyə və Ermənistanın özü bilər”

23 Aprel 2010 09:21
ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefri Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması prosesində baş verən son dəyişikliklərə münasibət bildirib.

Ankarada İsrailin müstəqillik günü münasibətilə keçirilən tədbirdə iştirak edən Amerikalı diplomat jurnalistlərin suallarını cavablandırıb. Onun Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə ilə imzalanmış protokolların ratifikasiya prosesinin dayandırılması barədə qərarına münasibəti qısa olub: "Bu, Türkiyə ilə Ermənistan arasındakı məsələdir. Amma ümid edirik ki, normallaşma prosesi davam edəcək".

/ANS Press/