Bakıda bərbərxana yanıb

18 Sentyabr 2020 08:35

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan fəaliyyət göstərməyən bərbərxananın dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az