Daşkəsəndə minik maşını aşıb, xəsarət alanlar var

17 Sentyabr 2020 21:49

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxıb və yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az