Milan” futbolçusuna 25 milyon qiymət qoydu

17 Sentyabr 2020 19:39

Fransanın "Lion" klubu Lukas Paketanı transfer etmək niyyətindədir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, klubun idman direktoru Juninyo braziliyalının keçidinə razılıq verib.

Lakin Lion təmsilçisi İtaliya "Milan"ı ilə danışıqlar aparsa da, rəsmi təklif göndərməyib. A seriyası təmsilçisi futbolçu üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, Paketa ötən mövsüm 24 çempionat oyununda 1 məhsuldar ötürmə verib.

Milli.Az