"Zirə" legioner futbolçu ilə yolları ayırdı - Rəsmi

17 Sentyabr 2020 20:44

"Zirə" futbolçusu George Antonla yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, moldovalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Zirə" futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, G.Anton bu ilin yanvarından Bakı təmsilçisində çıxış edirdi.

Milli.Az