Milli Məclisdə mədəniyyətlə bağlı ictimai dinləmələr keçiriləcək

17 Sentyabr 2020 16:19

Milli Məclisin Mədəniyyət komitəsi tərəfindən ictimai dinləmələr keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Qənirə Paşayeva məlumat verib.

Q.Paşayeva bildirib ki, tarixi abidələrin qorunması, gənc rəssamların üzləşdiyi problemlərlə bağlı payız sessiyasında ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Milli.Az