Səbail RİH Buxta 9 ünvanındakı evlərlə bağlı FHN-ə müraciət edib

17 Sentyabr 2020 16:17

Səbil Rayon İcra Hakimiyyəti Bayıl yaşayış sahəsi, Buxta küçəsi 9 ünvanında baş vermiş uçqun və çökmə nəticəsində fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq RİH-dən bildiriblər. Qeyd olunub ki, veriləcək rəyin nəticəsindən asılı olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ətrafda yerləşən digər fərdi yaşayış evlərinin köçürülməsi ilə əlaqədar qərar verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət oluna bilər:

"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsi 9 ünvanında qəzalı vəziyyətdə olan evlərə kompensasiya ödənişi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərancamına əsasən, qeyd olunan ünvanda təbii və texnogen amillərin təsirindən baş vermiş uçqun və çökmə nəticəsində qəzalı vəziyyətə düşmüş, ümumi sahəsi 937 kv.m. olan 21 fərdi yaşayış evinin sahibinə kompensasiyanın ödənilməsi nəzərdə tutulub. Hal-hazırda bu proses yekunlaşmaq üzrədir".

Milli.Az