Mourinyoya fantastik təklif
23 Aprel 2010 09:16
İspaniya "Real-Madrid"inin prezidenti Florentino Peres İtaliya "İnter"inin baş məşqçisi Joze Mourinyoya fantastik təklif edib.
Fanat.az-ın verdiyi xəbərə görə, Peres bildirib ki, Morunyo "Real"ın sükanı arxasına keçməyə razılıq versə, ona yeni futbolçular almaq üçün istənilən qədər pul ayırmağa hazırdır.
Qeyd edək ki, "Real" 1/8 finalda "Lion"a yenilərək, Çempionlar Liqasını tərk edib. Klubun hazırkı baş məşqçisi Manuel Pelleqrini isə yayda komanda ilə yollarını ayıracaq və "Valensiya"nın sükanı arxasına keçəcək.
Mourinyoya gəldikdə isə o dəfələrlə "İnter"ə rəhbərlik eləməkdən məmnun olduğunu bildirib, amma onu da əlavə edib ki, İtaliya çempionatı onun ürəyincə deyil.
/Fanat.Az/