Azərbaycanda Mədəniyyət strategiyası hazırlanmalıdır - Anar Kərimovdan TƏKLİF

17 Sentyabr 2020 15:52

Azərbaycanda Mədəniyyət strategiyası hazırlanmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrdən sonra Mədəniyyət Nazirliyində və tabeliyində olan qurumlarda vəziyyəti öyrənən, araşdıran zaman müəyyən problemlər aşkar olundu və həll yolları axtarıldı:

"Bu proses hələ də davam edir. "Mədəniyyət sahəsi strateji bir sahədir. Biz bu sahədə fəaliyyətimizi daha da genişləndirməliyik".

Milli.Az