Bakı sakini kürəkənini küçədə güllələdi

17 Sentyabr 2020 13:55

Bakıda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumatda bildirilir ki, hadisə sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan "Qamo" markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülüb.

Milli.Az