Müdir "Bacınla öpüşsəydilər, nə edərdin?" sualına görə 1 milyon 700 min ödəyəcək - FOTO

17 Sentyabr 2020 13:30

Məktəbdə qızla öpüşən oğlanın ailəsinə 1 milyon 700 min təzminat ödəniləcək.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Hatay vilayətindəki məktəblərdən birinin şagirdi H.İ sinif yoldaşı ilə öpüşdüyünə görə direktorun otağına çağırılıb.

O, qızla birlikdə otaqda olarkən direktor uşaqları təhqir edib, ona ""Bacınla öpüşsəydilər, nə edərdin? Səni məktəbdən qovacağıq" kimi sözlər deyib. Ağır sözləri qüruruna sığışdırmayan H.İ özünü pəncərədən atıb.

Azyaşlının intihar cəhdi ömürlük iflic qalması ilə nəticələnib. Uşağın valideynləri məktəb müdirini məhkəməyə veriblər.

Məhkəmə uşağın ailəsinin şikayətini müsbət qiymətləndirib və onlara 1 milyon 700 min lirə təzminat ödənilməsi barədə qərar qəbul edib.

İsmayıl
Milli.Az