Azərbaycan Asiya İnkişaf Bankının yeni donoru olub

17 Sentyabr 2020 12:02

Asiya İnkişaf Bankının (AİB) donorları Asiya İnkişaf Fondunun və xüsusi texniki yardım fondunun büdcələrinə 4 milyard dollar məbləğində əlavə vəsaitin ayrılması barədə razılıq əldə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə AİB-ə istinadən məlumat verir.

Məlumata əsasən, həmin vəsaitin 58 faizi, və ya 2,3 milyard dollardan çoxu 30 donorun, o cümlədən iki yeni donor - Azərbaycan və Filippinin hesabına maliyyələşəcək.

Məbləğin 42 faizi və ya 1,7 milyar dolları isə daxili ehtiyatlar, o cümlədən AİB-in transfert gəlirləri və investisiya gəlirləri hesabına maliyyələşəcək.

Daha üç donorun öz öhdəliklərini təsdiq etməsindən sinra vəsaitlərin ümumi həcminin artması gözlənilir.

Milli.Az