Tehranda Ermənistan səfirliyi önündə aksiya keçirilib - FOTO

17 Sentyabr 2020 12:41

İranlı tələbələr Tehranda Ermənistan səfirliyi önündə Yerevanın İsraildə diplomatik nümayəndəlik açmasına qarşı etiraz aksiyası keçiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, iranlı tələbələr Ermənistana qarşı şüarlar səsləndiriblər.

Onlar Ermənistandan öz qərarına yenidən baxmağı və səfirini geri çağırmağı tələb ediblər: "Əks halda, Ermənistan İranla dostluq və sülh münasibətlərinə zərbə vurmuş olacaq".

Milli.Az