Milli Məclisin Mədəniyyət komitəsinin hesabatı dinləniləcək

17 Sentyabr 2020 11:48

Sentyabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda Mədəniyyət komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat təqdim olunacaq. Sonra isə komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinə baxılacaq.

Müzakirələr zamanı cari məsələlərə də münasibət bildiriləcək.

Milli.Az