Kumandan Suares açıqlaması

17 Sentyabr 2020 14:20

"Barselona"nın baş məşqçisi Ronald Kuman Luis Suaresin klubdakı gələcəyi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, uruqvaylı hücumçunun komandada qalıb-qalmayacağını bilmədiyini deyib: "Suareslə danışdım. Hələ gedib və ya qalacağını bilmirik. Ancaq qalsa, kluba kömək edə bilər".

Qeyd edək ki, Suaresin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onunla "Yuventus"un maraqlandığı iddia olunur.

Milli.Az